Yaşlı kişini avtomobil vurub


Digərləri 22 İyn 2018 08:07:00 278 0

Yaşlı kişini avtomobil vurub

Şabran rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə M.Ə. Rəsulzadə küçəsində baş verib.

1966-cı il təvəllüdlü Məmmədov Telman Arif oğlu yaşadığı evə gedərkən onu minik avtomobili vurub. 

Yaralı təcili yardım maşını vasitəsilə rayon xəstəxanasına yerləşdirilib. Lakin yaralının vəziyyəti ağır olduğundan o, daha sonra Bakıdakı xəstəxanaların birinə göndərilib.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.