Şabranda yaşlı kişini avtomobil vurub


Sosial 22 İyn 2018 04:56:05 288 0

Şabranda yaşlı kişini avtomobil vurub

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır

Şabran rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə M.Ə. Rəsulzadə küçəsində baş verib.

1966-cı il təvəllüdlü Məmmədov Telman Arif oğlu yaşadığı evə gedərkən onu minik avtomobili vurub.

Yaralı təcili yardım maşını vasitəsilə rayon xəstəxanasına yerləşdirilib. Lakin yaralının vəziyyəti ağır olduğundan o, daha sonraBakıdakı xəstəxanaların birinə göndərilib.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində araşdırma aparılır.