Bakı Slavyan Universitetində məzun günü qeyd olunub


Digərləri 22 İyn 2018 00:33:12 367 0

Bakı Slavyan Universitetində məzun günü qeyd olunub

21 iyun 2018-ci ildə Bakı Slavyan Universitetində (BSU) məzun gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Bakı. 21 iyun 2018-ci ildə Bakı Slavyan Universitetində (BSU) məzun gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə millət vəkili Novruz Aslan, professor Şahlar Əsgərov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Trend İnformasiya Agentliyinin departament rəhbəri Arzu Nağıyev, bir sıra ölkələrin Azərbaycandalı səfirliklərini nümayəndələri iştirak ediblər. Əvvəlcə BSU-nun foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə əklil qoyulub. Mərasim Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva 2018-ci ili uğurlu il adlandırıb. O, bu ilin aprel ayında Azərbaycanda Prezident seçkilərinin böyük ruh yüksəkliyi ilə keçirildiyini qeyd edib. Rektor Ümummilli Lider Heydər Əliyevuin anadan olmasının 95-ci ildönümünün, Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun yaranmasının 100 illiyinin 2018-ci ilə təsadüf etdiyini bildirib. O, bu əlamətdar hadisələrin bu il məzun adı alan tələbələrin gələcək uğurlarına işarə olduğunu diqqətə çatdırıb. Sonra N.Əliyeva valideynləri, universitetin professor-müəllim heyətini, magistrant və tələbələri məzun günü münasibətilə təbrik edib. Üzünü təhsillərini başa vuran gənclərə tutan rektor onları gələcək fəaliyyətlərində Bakı Slavyan Universitetinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verməyə çağırıb. Nurlana Əliyeva dörd il ərzində təhsildə yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara “Fəxri Məzun” diplomu və xatirə hədiyyələri təqdim edib. Məzun adı alan tələbələr də öz növbələrində universitetdə yaradılmış şəraitə görə rektor Nurlana Əliyevaya minnətdarlıqlarını bildirib. Gənclər universitetdə çalışan professor-müəllim heyətinin tələbələrə göstərdikləri qayğını yüksək qiymətləndirərək bu illərin heç bir zaman unudulmayacağını qeyd ediblər.