İllik gəliri milyonları keçən


Digərləri 21 İyn 2018 23:50:00 304 0

İllik gəliri milyonları keçən

Aparılan araşdırmalara görə, 2022-ci ilə qədər ən çox pul qazandıracaq sənətlər arasında həkimlik və cərrahlıq yer alacaq. Hazırda estetik cərrahiyyəsi də bu sənətin ən çox qazandıran sahələrindən hesab edilir.

Son.az medicina.az-a istinadən bildirir ki, elə bu sənət sayəsində milyonlar qazanmış, dünyada hər kəsin tanıdığı həkimlər var.

Beyin cərrahı Sanjay Gupta - Həmçinin CNN kanalında veriliş aparıcısıdır. Televiziya kanallarında tez-tez ekrana çıxan məşhur həkimdir. Əvvəllər Ağ Evdə işləyib. 1997-1998-ci illərdə Hilari Klintonun məsləhətçisi olub. Daha sonra Barak Obama üçün çalışıb. Ondan sonra ümumi cərrah olaraq işə başlayıb. Bir çox həyat xilas edən Gupta 2010-cu ildə baş verən zəlzələ zamanı digər 3 cərrah ilə birlikdə 12 yaşlı qızın həyatını xilas edib. Qazancı isə 4,5 milyon təşkil edir.

Mehmet Öz - Harvard Tibb fakültəsinin məzunudur. Kolumbiya universitetindəki cərrahlıq bölməsində çalışıb. Uzun müddət ürək xəstəlikləri üzrə işləyərək məşhurlaşıb. Televiziya və radiolarda veriliş apararaq bir çox dinləyiciyə kömək olmağa çalışıb. 6 dəfə Emmy mükafatına layiq görülüb.Qazancı isə 7 milyon dollardır.