Günəş sistemində neçə planet var:


Digərləri 21 İyn 2018 23:45:00 482 0

Günəş sistemində neçə planet var:

Orta məktəb illərində öyrəndiyimiz bu mövzu, illər içərisində dəyişməyə uğradı deyə bilərik. Plutonun planetlikdən çıxarıldığı gündən bu yana da bir çox insan Günəş sistemində neçə planet olduğunu müzakirə mövzusu edib.

Bəziləri 8 planet var deyir, bəziləri də 9 olduğunu iddia edir. 8 və ya 9 planet iddiaları ilə yanaşı, böyük bir kütlə də saysız hesabda planetin olduğu fikirini daşıyır. Ancaq işin bir də elmi ölçüsü var. Yaxın zamanlarda elm insanları Plutonun kənarında yeni kiçik planetlər kəşf etdilər. Bundan sonra beynəlxalq astronomiya birliyi bir planetin nə olduğu sualına bir daha toxunmağa ehtiyac duydu. Planet nə idi və ya nə olması yertərli idi?

Son.az deyerler.org-a istinadən bildirir ki, əvvəlcə bir cisimə planet adını verə bilmək üçün həmin o cisimin qlobal bir quruluşa sahib olacaq qədər çox kütləyə sahib olması gərəkdir. Yəni daha açıq izah etmək lazım olsa, forma olaraq əyri yumuq bir quruluşa deyil, düz qlobal və mütənasib bir formaya sahib olması lazımdır. Digər bir faktor olaraq təxmin edəcəyiniz üzrə, başqa bir ulduzun ətrafında orbitdə dönməsi lazım idi. Nəticədə kosmosda başıboş gəzən bir cisimə planet deyilməzdi. Son olaraq dolandığı orbiti başqa bir planet ilə birlikdə istifadə etməməlidir.