Azərbaycan neftinin 1 bareli 76 dollara çatır


Dünya 21 İyn 2018 23:48:00 354 0

Azərbaycan neftinin 1 bareli 76 dollara çatır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 75,78 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,31 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 75,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,33 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 20-də 72,60 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,35 dollar/barel çoxdur.