Mahaçqalada atışma zamanı bir nəfər ölüb


Dünya 21 İyn 2018 22:58:00 280 0

Mahaçqalada atışma zamanı bir nəfər ölüb

Mahaçqala şəhərinin küçələrinin birində dava zamanı atəş nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu haqda respublikanın hüquq-mühafizə orqanları xəbər verir.

"Mahaçqala şəhərinin Şaboldayev küçəsində cümə axşamı günorta saatlarında silahlı insident nəticəsində iki kişi yaralanıb. Onlardan biri xəstəxanada həyatını itirdi. Hadisə yerindən güllə gilizləri götürülüb", - deyə mənbə xəbər verir.