Dünyaya gəlmədən ölən körpələrin hesabı Qiyamət günü necə olacaq?


Digərləri 21 İyn 2018 22:20:00 317 0

Dünyaya gəlmədən ölən körpələrin hesabı Qiyamət günü necə olacaq?

İnsan bu dünyaya gəlir və əməlləri ilə axirətini qazanır. Ya cəhənnəm əhlindən olur, ya da cənnət. Bəs o körpələr ki, hələ dünyaya gəlmədən ölürlər, onların hesabı necə olacaqdır?

1. Allahın gizli hikmətləri vardır ki, biz insanlara aşkar deyildir. Son.az deyerler.org-a istinadən bildirir ki, onlardan biri də bu körpələrin dünyaya gəlmədən vəfat etməsidir. Bu əməl valideyn üçün bir imtahan da ola bilər, cəmiyyətin sayına təsir qoyan bir bəla da ola bilər. Ancaq hər bir halda bu hadisədə Allahın təqdiri vardır. Çünki bu dünya Müdrik Allah tərəfindən idarə olunur.

2. Bu dünya səbəb və nəticə üzərində qurulmuşdur. Onlardan birinin olmamasının mənası yoxdur. Ona görə də həmin körpənin dünyaya gəlməməsi hikməti olmuşdur. Əgər dünyaya gəlsəydi, hansısa zalım tərəfindən öldürüləcəkdir və ya özü zalım olub insanlara zülm edəcəkdi. Bu cür səbəblər çoxdur. Allah Təala da səbəb olmadan heç bir zaman bir hadisəni nəticəsiz qoymur.