Dünyadan pak gedən, şəhidlərin sırasında olar


Digərləri 21 İyn 2018 21:40:00 282 0

Dünyadan pak gedən, şəhidlərin sırasında olar

Həzrət Peyğəmbər (s) buyurur: "O zaman ki, dünyadan pak gedərsən, şəhidlərin zümrəsində olarsan".

Peyğəmbərimiz (s) bu nurani sözlərini tərəfdaşlarından olan Ənəsə buyurur və ona belə nəsihət verir: "Əgər gecəni və gündüzü dəstəmazlı ola bilsən, belə et. Çünki əgər bu halda dünyadan getsən, şəhid olacaqsan".

Son.az deyerler.org-a istinadən bildirir ki, hədisdə pak olmaq deyildikdə dəstəmaz nəzərdə tutulsa da, deyə bilərik ki, bu sözün mənası daha genişdir. Pak olmaq deyildikdə, dünyada pak yaşamaq və pak olanlara əməl etmək nəzərdə tutulur. O kəslərin ki, ətəkləri pakdır, qəbləri pakdır, həyatları və fikirləri pakdır - bu halda dünyadan gedərlərsə şəhildərin cərgəsinə qoşularlar.

Şəhadət ancaq döyüş meydanında öldürülmək demək deyildir. Məsumlardan (ə) gələn hədislərimiz də bu həqiqəti təsdiq edirlər.