Azərbaycanda neft hasilatı ilə bağlı


Digərləri 21 İyn 2018 21:31:00 295 0

Azərbaycanda neft hasilatı ilə bağlı

2018-ci ildə Azərbaycanda neft və kondensat hasilatı sutkada 0,80 milyon barrel təşkil edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsinin (EIA) proqnoz hesabatında deyilir.

Hesabata əsasən, 2019-cu ildə hasilat sutkada 0,78 milyon barrel təşkil edəcək.

Bununla da EIA Azərbaycanda neft və kondensat hasilatı üzrə proqnozları son hesabatla müqayisədə dəyişməz saxlayıb.