DİQQƏT! Dondurmadakı ciddi təhlükə ... VİDEO


Digərləri 21 İyn 2018 21:27:00 269 0

DİQQƏT!  Dondurmadakı ciddi təhlükə ...  VİDEO

Havalar isindikcə yay mövsümünün ən sevilən təamlarından olan dondurmalara tələbat da artır. İndi ticarət mərkəzlərində, eləcə də parklarda açıq şəkildə dondurmaların satışına rast gəlinir. Mütəxəssislər açıq şəkildə parklarda satılan dondurmalarla bağlıciddi təhlükə olduğunu bildirirlər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dondurmanın qabı əzilibsə, deməli, əriyib və sonra təkrar dondurulub. Bu isə o deməkdir ki, həmin dondurmanın keyfiyyəti aşağı düşüb. Üstəlik, zəhərlənmə riski də artıb.

Qida Təhlükəsizliyi Agentliyi keyfiyyətsiz və təhlükəli dondurmalarla bağlı istehlakçılara xəbərdarlıq edib. Qurumun Nəzarət Təftiş Şurasının baş məsləhətçisi Səidə Səmədova deyir ki, istehlakçılar bəzən dondurmanın saxlanılması ilə bağlı ən adi qaydaları bilmədiklərindən qida zəhərlənməsinə məruz qala bilirlər.

Agentlik rəsmisi həmçinin bildirir ki, rəngli dondurmalara xüsusilə diqqət yetirilməlidir. Dondurmalara vurulan sintetik rəngləndiricilər allergik xəstəliklərə yol açma potensialına malikdir.


Xəbərə aid video