Kəramət nədir?


Digərləri 21 İyn 2018 21:15:00 486 0

Kəramət nədir?

Kəramət - bəzi Allah dostlarında, arif və alimlərdə müşahidə olunan qeyri-adi, möcüzəyə bənzər əməllərə deyilir.

Son.az islam.az-a istinadən bildirir ki, Allaha ardıcıl ibadətin, səmimi itaətin, bəzən isə xüsusi təmrinlərin və zikrlərin nəticəsi olaraq bəzi övliyalara Allah tərəfindən kəramət qabiliyyəti verilir. Kəramət möcüzə qədər təsirli və ardıcıl deyil, daha dar çərçivəyə maikdir, bəzən nadir hallarda baş verir, insanların tələbindən və ya övliyanın öz istəyindən asılı olmaya da bilər. Övliyaların heç də hamısı mütləq kəramət göstərmək məcburiyyətində də deyillər. Bir çox hallarda hətta övliyaların özləri təvazökarlıq üzündən öz kəramətləri haqqında xəbər verməmiş, bunu gizli saxlamışlar. Gələcəkdən, hətta öz ölüm vaxtından xəbər vermək, xəstələri sağaltmaq, fikirləri oxumaq, teyyi-ərz etmək (bir an içində çox uzaq məsafəyə səfər etmək), müstəcab olan dualar etmək kəramətin ən çox rast gəlinən növləridir.