OPEC Azərbaycanla olan mövcud münasibətləri yüksək qiymətləndirir


Dünya 21 İyn 2018 21:19:00 264 0

OPEC Azərbaycanla olan mövcud münasibətləri yüksək qiymətləndirir

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanla olan mövcud münasibətləri yüksək qiymətləndirir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

M.Barkindo bildirib ki, OPEC Azərbaycanla olan mövcud münasibətləri yüksək qiymətləndirir: "Bizim səylərimizi dəstəkləyən Azərbaycan Prezidenti İlham Əliyevə öz təşəkkürümü çatdırıram. Azərbaycan Prezidenti nəinki təşkilatın səylərini dəstəkləyir, həmçinin də üç il bundan öncə Davos İqtisadi Forumunda OPEC və qeyri-OPEC ölkələrinin bir araya gəlməsi üçün çağırış etmişdi".

OPEC-in baş katibi, həmçinin Azərbaycan Prezidentinə OPEC və qeyri-OPEC ölkələri Nazirlər Şurasının gələn il Bakıda keçirilməsi təşəbbüsü və dəvətinə görə də minnətdarlığını ifadə edib, gələn il Bakının bu tədbirə uğurla ev sahibliyi edəcəyinə əminliyini qeyd edib.