Hacı Muradın və digər məşhurların kəlləsi


Digərləri 21 İyn 2018 21:05:00 312 0

Hacı Muradın və digər məşhurların kəlləsi

Ramzan Kadırov Vladimir Leninin nəşini və Hacı Muradın kəlləsini dəfn etməyə çağırıb. Kütləvi İnformasiya Vasitələri Lenin haqqında sözləri müzakirəyə başladılar və çox az adam deyilənlərin ikincisini fərq etdi. Leninlə hər şey çoxdan məlumdur, Hacı Murad isə yeni və maraqlı bir mövzudur.

Çeçenistanın başçısı kimi qeyd edilən bu adam - tarixdə ən uzun Rusiya-Qafqaz müharibəsinin əsas fiqurlarından biri, imam Şamilin sağ əli, Lev Tolstoyun eyniadlı əsərinin qəhrəmanıdır.

Şamil öyrədirdi ki, insanın mənşəyi önəmli deyil, mühüm olan onun döyüşlərdəki xidməti və ya Quranın təfsiridir. Hacı Muradın vətəni olan Avarıstanın sonuncu xanı 11 yaşlı Bulaçı dağlıq çayda boğmuşdu.

Dağıstanın Hunzax kəndində sadə bir ailədə böyüyən Hacı Murad şəxsi keyfiyyətlərinə görə hərbi başçıların və müşavirlərin naiblərindən biri idi.

Lakin Şamil yaşlanmışdı, yumşalmışdı və öz prinsiplərini dəyişdi: öz sevimli oğlunu Qazi Məhəmmədi varisi elan etdi. Ehtimal var ki, bu yerə özünü layiq görən Hacı Murad etiraz etməyə cəsarət tapdı, ona qarşı çıxdı və qaçdı.

Bəzi məlumatlara görə, Rusiyanın tərəfinə keçməyə hazırlaşan Hacı Murad danışıqlar aparırdı. Lakin sonradan fikrini dəyişərək din və müstəqillik uğrunda vuruşan döyüşçülərin sırasına qatıldı. Digər məlumatlarda isə onun sadəcə dağlarda gizləndiyi bildirilirdi.

1852-ci ilin 5 mayında Hacı Murad və onun dörd yoldaşı 300 kazak tərəfindən mühasirəyə alındı. Güllələr altında ölməzdən əvvəl 36 yaşlı naib 17 rəqibini öldürmüşdü. Bədəni döyüşlərin baş verdiyi Oncallı (hazırda Azərbaycan Qax rayonu) kəndi yaxınlığında basdırıldı. Kəlləsi isə Peterburq Hərbi-tibbi Akademiyasına gətirilmişdi. 1959-cu ildə yoxlama zamanı Akademiyanın əməkdaşı üzərində rus və ərəb hərfləri yazılan baş aşkar edir. Kəllənin üzərindəki yazılar onun Hacı Murada aid olduğundan xəbər veriridi. Tapıntı Antropologiya və Etnoqrafiya Muzeyinə (keçmiş Kunstkamera) təhvil verildi. "İnterfaks" agentliyi muzeyin federal rəhbərliyin nəzarətində olduğunu və kəllənin taleyilə 2015-ci ildən Mədəniyyət Nazirliyi komissiyasının məşğul olduğunu aydınlaşdırıb.

Ölümdən sonra bəraət

Deyirlər ki, insanlar mağaranın divarlarını boyamağa və ölülləri dəfn etməyə başladıqdan sonra meymun olmadılar. Müasir baxışlara görə, cəsədlə çirkin rəftar nadir hadisə deyildi. İbtidai dövrdə hannibalizm aclıqdan deyil, daha çox inanca görə tətbiq edilirdi. Sanki bununla döyüşçünün gücü qalib gələnə keçir.

Şimali Amerika hinduları baş dərisini soyurdular. Mərkəzi Afrika sakinləri üz cizgilərini qoruyub saxlamaqla başı yumruq boyda olana qədər balacalatmaqda, başın qurudulmasında böyük ustalıq qazanmışdılar.

Yeni Zelandiyalı maorilər ingilislərin yaşayış məntəqələrinin hasarlarını düşmənlərin başlarıyla bəzəməklə onları dəhşətə gətirirdilər. Lakin tarixə nəzər salsaq Londonda da bir qədər əvvəl edam edilənlərin kəlləsi hasarlara taxılırdı.

1857-1859-cu illərdə Hindistanda sipai üsyanı zamanı britaniyalılar üsyançıları topların ağzına bağlamışdılar. Hindular inanırdılar ki, cənnətə düşmək üçün cəsəd məzar tonqalında ayinlərin müşayiəti ilə yandırılmalıdır. Edamın bu cür növü isə onları əbədi xoşbəxtlik ümidindən məhrum edirdi. Bəzən ölüləri onlara olan hörmətdən dolayı dəfn etmirdilər: Misir mumiyaları, müqəddəslərin qalıqları, Lenin və Mao.

Müsəlmanların dəfn adətləri həmişə ciddi və vahid olub

Müasir cəmiyyətdə bədəni məsxərəyə qoymaq və ya onu eksponata çevirməyin əxlaqsızlıq olması barədə fikirlər öz təsdiqini tapmışdır. Öldükdən sonra cəsədinin hörmətli şəkildə torpağa tapşırılması və ya odda yandırılması hər kəsin haqqıdır. Mərhumun istəyinə uyğun olaraq cəsədin külü okeana da səpilə bilər.

İnsan haqları konsepsiyasının ölülərə də şamil edildiyini demək olar.

Tapmacalar və qəribəliklər

Kim və niyə Hacı Muradın başını kəsib. Niyə Hərbi-tibbi Akademiya onun kəlləsini saxlamağı qəbul edib? Rusiyada bu cür ənənələr olmayıb.

"İnterfaks" agentliyinə verilən məlumatda mövzunun qəfildən deyil, təqribən iki il əvvəl elə Kadırov tərəfindən qaldırıldığı ehtimal edilib. Etiraf etmək lazımdır ki, hazırkı vəziyyətdə o haqlıdır və burada nəyisə həll etmək üçün uzun-uzadı düşünməyə ehtiyac yoxdur. Bəzi şeyləri ehtimal etmək olar.

Onun kəlləsinə Hacı Muradın bədəninin dəfn olunduğu Azərbaycanın (baş bədənlə birləşməlidir) və anadan olduğu və milli qəhrəmanı sayıldığı vətəni Dağstanın da iddiası var. Hidrokarbonla zəngin strateji cəhətdən önəmli olan qonşu dövlət və kifayət qədər problemi olan qürurlu respublika. İmtina ilə kimi küsdürmək olar?

"Dağıstan variantı" vəziyyətində isə qəbir ziyarətgaha çevrilərək anti-rus hisslərinin mərkəzi olmayacaqmı?

Bundan sonra hökumətin "az olan" qayğsısı daha da arta bilər

Yeri gəlmişkən, bu tarixdə başı bədənindən ayrı qalan ilk dramatik hadisə deyil.

İohann Predtçenin kəlləsi

Sonuncu Bibliya peyğəmbəri, Məsihin zühurunu söyləyən, insanları ilk dəfə xaç suyuna salan və İsa peyğəmbərə sitayiş edən. Əksər tədqiqatçılar, hətta ateistlər belə onu tarixi fiqur hesab edirlər.

İohann yəhudilərin çarı Hirod Antiplə evlənmək üçün əvvəlki ərini atan İrodiadanı ifşa edirdi. Çar əlahəzrətlərini təhqir etdiyinə görə, İohannı həbs etsə də edamına qərar verə bilməmişdi.

İnsanlar iki min ildir İordan sularında batırlar

Növbəti ziyafətlərin birində İrodiadanın qızı Salomeya atalığı üçün erotik rəqslərlə onu məmnun edir. Atalığı isə onun istənilən arzusunu yerinə yetirməyi vəd edir. Anasının təşəbbüsü ilə Salomeya İohann Krestitelin başını istəyir və bu, qıza boşqabda gətirilir.

Əfsanəyə görə, İrodiada başın çirkab yerə tullanması barədə göstəriş verib. Mərhəmətli qulluqçu isə onu xilas edərək basdırmışdı. Nəticədə kilsə rəvayətinə görə, baş möcüzəvi çəkildə 3 dəfə tapılıb və sonra yenidən itib. Sonuncu dəfə 850-ci illərdə onu guya Konstanipolda görüblər. Başın ehtimal edilən hissələri Fransanın Amenye, Romadakı San-Silvester məbədində, Dəməşqdəki Omeyadlar məscidində və digər yerlərlərdə saxlanılır. Belə çıxır ki, kəllə kimsə tərəfindən dağıdılıb. Lakin kim və harda etdiyi məlum deyil. İstisna deyil ki, peyğəmbərin kəlləsi onun ölümündən dərhal sonra basdırılmışdı. Lakin bu günə qədər bu hadisə insanların fikirlərini qarışdırmağa davam edir.

KİNİMUNDANIN KƏLLƏSİ

Növbəti tarixi hadisə 556-cı ildə, Romanın dağılmasından 80 il sonra, varvarların Avropanı bölüşdürməyə davam etdiyi zaman baş verib. Müasir Avstriya ərazilərində yaşayan alman lanqobarlar qəbiləsinin lideri Alboin qonşu hepidlər xalqına qalib gəlmişdi və onların lideri Kunimundun kəlləsindən şərab badəsi hazırlamağı əmr etmişdi. Öz ordusunu məglub hepidlərlə, sakslarla və slavyanlarla gücləndirən Alboin İtaliyanın şimalını ələ keçirdi və orada Lanqobard krallığı yaratdı, hansı ki, gah hersoqluğa bölürdü, gah da təkrar birləşdirirdi. Krallıq Böyük Karl imeriyasına daxil olana qədər 200 il mövcud olub. Hazırda Lombardiya regionunun adı və "lombard" sözü buradan yaranıb, ona görə ki, girov əvəzində pulun verilməsi fikri bu hadisələrdən təqribən 700 il sonra Lombardiya maliyyəçiləritərəfindən tapılıb.

Romanın süqutundan bir neçə il sonra Avropada sərhədlər şərti idi və hamı arasında müharibə gedirdi

Alboin Kunimundanın qızı Rozamunda ilə evləndi. Bizim nöqteyi nəzərimizdə, bu, dəhşətli bir təhqirdir. Lakin o zamanlarda qalib gələnlərin xanımı atlar kimi qanuni və şərəfli bir qənimət hesab edilirdi. Knyaz Vladimir onlar tərəfindən öldürülən Plotsk knyazı Roqnedanın qızıyla buna bənzər davranmışdı. Roqnedin qızı onunla birgə yaşayaraq gələcək Müdrik Yaroslavl yanaşı ona 3 oğul bəxş etmişdi. Lakin Alboin Struqatslar qardaşlarının dediyi kimi "orta əsrlərin normal zülmlərindən" daha da irəliyə getmişdi: xanımını atasının kəlləsindən şərab içməyə məcbur etmişdi!