Qida Agentliyi iyulun 1dən bu məhsulların idxalına nəzarət edəcək VİDEO


Digərləri 21 İyn 2018 21:06:00 366 0

Qida Agentliyi iyulun 1dən bu məhsulların idxalına nəzarət edəcək  VİDEO

Son günlər pambıq tarlalarında dərmandan zəhərlənmə faktlarının artması aidiyyəti qurumları hərəkətə keçirib. Xüsusilə də belə dərmanların idxalı prosesinə nəzarət gücləndiriləcək. Qida Təhlükəsizliyi Agentliyi iyul ayının 1-dən etibarən aqrokimyəvi maddələrin ölkəyə gətirilməsinə nəzarəti daha da artacaq. Belə maddələrə qarşı tələb kimi yüksək standartlar tətbiq ediləcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycana gətirilən aqrokimyəvi maddələrə, o cümlədən pestisidlərə ciddi nəzarət olunacaq. İyul ayının 1-dən etibarən bu sahəyə nəzarəti Qida Təhlükəsziliyi Agentliyi həyata keçirəcək.. Yəni bundan sonra aqrokimyəvi maddələr də qida zəncirinin bir hissəsi kimi qəbul olunacaq.

İnsanların qida təhlükəsizliyini təmin etmək üçün ölkəyə gətirilən pestisidlər diqqətlə yoxlanıldıqdan sonra ölkəyə buraxılacaq.


Xəbərə aid video