Ermənistan ordusunda yeni korrupsiya faktları


Dünya 21 İyn 2018 21:09:00 331 0

Ermənistan ordusunda yeni korrupsiya faktları

Ermənistanda artıq bir neçə gündür ki, rəhbər vəzifələrdə olmuş şəxslərin korrupsiya əməlləri ilə bağlı faktlar ortaya çıxır. Belə ki, general Manvel Qriqoryandan sonra keçmiş prezident Serj Sarkisyanın mühafizə xidmətinin rəisinin də evində axtarış aparılıb. Nəticədə Vaçaqan Kazaryanın evindən 2 milyon dollara yaxın pul və qiyməti 1 milyon dollar olan iki tapança aşkar edilib. Həmçinin Ermənistanda hərbi hissələrdə də korrupsiya faktları aşkar edilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Ermənistanın hüquq mühafizə orqanlarının əməkdaşları keçmiş prezident Serj Sarkisyanın mühafizə xidmətinin rəisi Vaçaqan Kazaryanın evində axtarış aparıblar.

Bunu ölkənin İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan bildirib. "Axtarış zamanı evdən, ümumilikdə, 2 milyon dollara yaxın pul tapılıb. İstintaq bu pulların mənşəyini müəyyənləşdirəcək" - deyə Truzyan bildirib.

Aşkarlanan pullar müsadirə edilib. Bundan başqa, onun evindən qiyməti 1 milyon dollar olan iki tapança da aşkarlanıb. Truzyan deyib ki, mühafizə rəisinin ailəsinə məxsus "Yans" restoranı da qeydə alınıb.

Bu arada Ermənistan milli təhlükəsizlik bürosu bir neçə hərbi hissədə vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində külli miqdarda mənimsəmə halları aşkarlayıb. Erməni KİV-lərinin verdiyi məlumata görə, bir neçə hərbi hissənin komandirləri 2017-ci ilin dekabrından 2018-ci ilin iyununadək olan dövrdə yanacaq məhsullarını mənimsəyiblər.


Xəbərə aid video