İctimai yerlərdə qəlyan çəkmək əslində qadağandır


Digərləri 21 İyn 2018 20:55:00 293 0

İctimai yerlərdə qəlyan çəkmək əslində qadağandır

Prezident İlham Əliyevin "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqəli imzaladığı fərmana əsasən ictimai yerlər, ticarət obyektləri, məişət obyektləri, sosial xidmət müəssisələrdə tütündən istifadə qadağandır.

Ancaq buna baxmayaraq bəzi yerlərdə hələ də bu qanuna riayət edilmir. Siqaret qadağasına qismən riayət olunsa da, ailəvi məkanlarda insanların çəkinmədən qəlyandan istifadə etdiyinin də şahidi oluruq.

Bəs nə üçün bu qanuna hələ də riayət edilmir?

Son.az medicina.az-a istinadən bildirir ki, kimlər vəzifəsindən sui-istifadə edərək qanuna əməl etmir?

Mövzu ilə bağlı açıqlama verən millət vəkili Fazil Qəzənfəroğlunun sözlərinə görə, sözügedən qanun əslində qəlyanlara şamil edilir. O, qanunun tətbiq edilməməsini Azərbaycanda qanunlara riayət olunmaması problemi ilə əlaqələndirib: