Masallı və Lənkəranda polis reydi


Digərləri 21 İyn 2018 20:56:00 363 0

Masallı və Lənkəranda polis reydi

Masallı rayonunda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə reyd təşkil olunub. Reyd zamanı müxtəlif qayda pozuntuları aşkarlanıb. Bir sürücü isə avtomobilini polislərin üstünə sürüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, avtomobili polisin düz üstünə sürür. Bu sürücü isə cəriməni yerində ödəmək üçün şərait yaradılmasını tələb edir.

Görüntülər Masallı rayonunda keçirilən reyddəndir. Reyd Masallı və Lənkəran Dövlət Yol Polisi Bölmələri ilə yanaşı Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının 11-ci tağımının iştirakı ilə baş tutub.Məqsəd isə istirahət günləri ərəfəsində təhlükəsizliyi təmin etməkdir.

Rayonun müxtəlif küçə və prospektlərini əhatə edən reyddə müxtəlif qayda pozuntularına rast gəlinib.Reyd zamanı polisin saxla tələbinə tabesizlik göstərib avtomobilini polisin üzərinə sürən sürücülər də olub.


Xəbərə aid video