“UNEC-də bir gün” layihəsi davam edir


Digərləri 21 İyn 2018 20:53:16 320 0

“UNEC-də bir gün” layihəsi davam edir

Layihədə Azərbaycanın bütün regionlarından məktəblilər iştirak edir.

Bakı. “UNEC-də bir gün” layihəsi davam edir. Universitetdən Trend-ə verilən məlumata görə, bu dəfə layihə iştirakçıları DİM-in keçirdiyi qəbul imtahanlarında topladıqları bala uyğun ixtisaslarla maraqlanır, UNEC-in tələbələrə təqdim etdiyi proqramlarla tanış olurlar. Layihədə Azərbaycanın bütün regionlarından məktəblilər iştirak edir. Onlardan bir neçəsini sizə təqdim edirik: Sumqayıt şəhər Texniki Təbiət Elmləri Liseyinin XI sinif şagirdi Banuçiçək Qurbanova 695 balla UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (İSE) maliyyə ixtisası üzrə təhsil almaq istəyir. Təhsil aldığı məktəbin məzunları arasında UNEC tələbələri olduğunu vurğulayan B.Qurbanova onların uğurlarını yaxından izlədiyini bildirib.