Yaşar Bəşirov: Xəzər və Qara dəniz ölkələri arasında karate turnirinin ənənəvi hala çevrilməsini istəyirik


Digərləri 21 İyn 2018 20:30:46 378 0

Yaşar Bəşirov: Xəzər və Qara dəniz ölkələri arasında karate turnirinin ənənəvi hala çevrilməsini istəyirik

Azərbaycan Milli Karate Federasiyası Xəzər və Qara dəniz ölkələri arasında Karate üzrə Beynəlxalq Turniri hər il ənənəvi olaraq keçirməyi planlaşdırır.

Bakı. Azərbaycan Milli Karate Federasiyası Xəzər və Qara dəniz ölkələri arasında Karate üzrə Beynəlxalq Turniri hər il ənənəvi olaraq keçirməyi planlaşdırır. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov turnirin açılış mərasimində deyib. Y.Bəşirovun sözlərinə görə, ilk olaraq bu turnir ötən il Sumqayıtda keçirilib və Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr edilib: "Turnir ardıcıl ikinci ildir ki, yüksək səviyyədə təşkil olunur və biz hər il turnirin iştirakçılarının sayını artırmaq istəyirik".