Latviyada rus dilində tədris qadağan edildi


Dünya 21 İyn 2018 20:27:00 310 0

Latviyada rus dilində tədris qadağan edildi

Latviya parlamenti son oxunuşdan sonra ali təhsil müəssisələri ilə bağlı qanuna düzəlişi qəbul edib.

Son.az oxu.az-a istinadən bildirir ki, düzəlişdə özəl ali təhsil müəssisələrində və kolleclərdə rus dilin təhsilin qadağan edilməsi nəzərdə tutulur.

Qanun layihəsi ölkənin təhsil və elm nazirliyi tərəfindən hazırlanıb. Ölkə prezidentinin yaxın zamanda sənədi təsdiqləyəcəyi gözlənilir.