Manchester United braziliyalı futbolçunun transferini rəsmiləşdirdi


İdman 21 İyn 2018 20:27:00 284 0

Manchester United braziliyalı futbolçunun transferini rəsmiləşdirdi

Shakhtar-ın sabiq yarımmüdafiəçisi Fred karyerasını Manchester United-də davam etdirəcək.

Goal.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Anlaşmaya əsasən, saziş əlavə 1 il uzadıla bilər.Keçidin detalları açıqlanmasa da, Manchester United-in Fredə görə klubuna 60 milyon avro ödədiyi bildirilir.Fred Braziliya millisinin dünya çempionatında İsveçrə ilə oynadığı matçı zədə səbəbindən buraxmışdı. Onun Kosta-Rika ilə görüşdə meydana çıxmaq ehtimalı var.