Zərdabda yol qəzası baş verib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb


Sosial 21 İyn 2018 19:34:14 339 0

Zərdabda yol qəzası baş verib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Faktla bağlı araşdırma aparılır

Zərdab rayonunda ağır yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Körpükənd və Burunlu kəndləri arasında qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "Daewoo Nexia"markalıminik avtomobilləri toqquşub. Nəticədə "Daewoo Nexia"nın sürücüsühadisə yerində ölüb, hər iki maşında olan5 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri uşaqdır. Onlar xəstəxanalara yerləşdiriliblər.

Ölən şəxsin Ağdaş rayon sakini olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.