Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilir FOTO


Digərləri 21 İyn 2018 19:32:57 343 0

Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilir  FOTO

Ölkəmizdə multikulturalizm, tolerantlığın qorunması, gənclərimizdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azad olunması uğrunda şəhid olan qəhrəmanlarımızn təbliği məqsədilə Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunan Qara Dəniz və Xəzəryanı ölkələr arasında karate üzrə beynəlxalq turnir keçirilir.

Son.az xəbər verir ki, Trend-in məlumatına görə, beynəlxalq turnir Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ərəfəsində, 21-23 iyunda "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilir.

Turnir Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Milli Karate Federasiyası, "Arpaçay" karate klubu, Azərbaycan Dağ Yəhudiləri Dini İcması və Səbail Tank Taborunun birgə təşkilatçılığı ilə reallaşır.

Beynəlxalq turnirdə 10-a yaxın ölkənin nümayəndəsi iştirak edir. Turnirdə 5-13 yaş arasında uşaqlar, 14-18 yaşdan 30 yaşadək gənclər müxtəlif çəki dərəcəsində yarışacaqlar. Yarışın qalibləri Aqarunovun xatirəsinə həsr olunmuş xatirə medalları, kubok və diplomlarla mükafatlandırılacaqlar.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin ildönümü ərəfəsində ordumuzun aprel zəfəri və Milli Qəhrəman A.Aqarunovun xatirəsinə həsr edilmiş Sumqayıtda karate üzrə şəhər birinciliyi, ötən il isə Beynəlxalq Şotokan Karate-Do üzrə filialın beşinci açıq çempionatı keçirilmişdi.