Musiqili Teatrda həftəsonu


Kriminal 21 İyn 2018 19:20:00 351 0

Musiqili Teatrda həftəsonu

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar oynanılacaq.

Qurumun mətbuat xidmətindən bildirilib ki, Musiqili Teatrda iyunun 21-də "Nuri- didə Ceyhun" (Ə.Əmirli), 23-də milyonların sevimli gülüş ustası, xalq artisti Afaq Bəşirqızının iştirakı ilə "Toya bir gün qalmış" (Ə.Səmədli), 24-də isə F.Əmirovun musiqiləri və "Min bir gecə" nağıllarının motivləri əsasında "999-cu gecə" tamaşaları təqdim ediləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.

Həftəsonu nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorlar - xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Ələkbər Əliyev, Nəsibə Eldarova, Pərviz Məmmədrzayev, Anton Ferştand, Şövqi Hüseynov, aktyorlar Möylə Mirzəliyev, Gülnarə Abdullayeva, Məhərrəm Qurbanov, Nicat Əli, Gülçöhrə Abdullayeva, Mehriban Zalıyeva, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Nadir Xasıyev, Firuz Məmmədov, Hüseyn Əlili, Elçin İmanov, Elməddin Dadaşov, Şaban Cəfərov, Fərid Rzayev, Ruslan Mürsəlov, balaca aktyor Hüseyn Nağıyev və başqaları iştirak edirlər. Həftəsonunu yaddaqalan keçirmək istəyən hər kəsi bir-birindən maraqlı tamaşalara baxmağa dəvət edir. Teatrsevərlər 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət" mərkəzlərindən əldə edə bilərlər.