Şirkətlərin plastik borulardan imtina səbəbi


Digərləri 21 İyn 2018 19:10:00 273 0

Şirkətlərin plastik borulardan imtina səbəbi

Böyük Britaniya və İrlandiyadakı bütün restoranlar plastik borulardan imtina edib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, maye qəbul etmək üçün istifadə olunan plastik boruların təkrar istehsalı zamanı bakteriyalar məmulatın içində qalır. Alternativ isə kağız borulardır. Bu məsələ dünya gündəminin də əsas mövzularındandır. Elə bu amilləri nəzərə alan bəzi şirkətlər su və müxtəlif şirələri içmək üçün istifadə olunan plastik boruları alternativlərlə dəyişməyi planlaşdırır. Eyyub Hüsynov - Ekspert: "Çox yaxşı olar ki, bu, Azərbaycanda da həyata keçirilsin. Düşünürəm ki, bu, ümumiyyətlə, plastik materiallardan imtinanın bir başlanğıcı ola bilər. Təkcə müəyyən marketlər şəbəkəsi yox, bütün satıcı və alıcılar bundan imtina etsə, yaxşı olar". İçkilər üçün istifadə olunan bu borulardan artıq Böyük Britaniya və İrlandiyadakı bütün restoranlar imtina edib. Gələn ildən onların əvəzinə kağız çubuqlardan istifadə olunacaq. İlin sonunda, ABŞ, Fransa, İsveç, Norveç, Avstraliya və Belçikadakı bəzi müəssisələrdə də alternativ materiallardan olan çubuqlar sınaqdan keçiriləcək. Alternativ variantlarla təcrübələrin hələ planlaşdırılmadığı ölkələrdə isə plastik boruların istifadəsi azaldılacaq. Ekspertlər düşünür ki, plastiklərin əvəzinə karton borular ekoloji cəhətdən istifadəyə daha uyğundur.  Eyyub Hüsynov - ekspert: "Kiçik borular ətraf mühitdə daha tez həll olunur. Plastik borular kimi 100 illərlə qalmır. Birmənalı şəkildə bu cür plastik borular ətraf mühitə atılır. Bu da ekologiyanı müntəzəm olaraq çirkləndirir". Ekspertlər deyir ki, bəzi plastik boruların əymək üçün qırışdırılmış yerləri olur. Həmin yerlərdə bəzən qida qalıqları toplanır. Bu qalıqlar təkrar istehsalda belə təmizlənmir və insan orqanizminə zərərli bakteriyalar onun içərisində qalır. Odur ki,  heç kəsi gözləmədən elə özümüz plastik borulardan imtina etsək, yaxşıdır.


Xəbərə aid fotolar