Sumqayıtda məcburi köçkünlər üçün evlərin inşasının bitmə vaxtı açıqlandı


Digərləri 21 İyn 2018 19:18:00 296 0

Sumqayıtda məcburi köçkünlər üçün evlərin inşasının bitmə vaxtı açıqlandı

Sumqayıt şəhərində yataqxanalarda və digər obyektlərdə ağır şəraitdə yaşayan 2900 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti işləri aparılır.

Son.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu məqsədlə Abşeron rayonu ərazisindən Komitəyə ayrılmış 50,0 ha torpaq sahəsində, birinci mərhələdə, daha ağır şəraitdə yaşayan 1000 ailə üçün 24 ədəd 7 mərtəbəli binadan ibarət yaşayış kompleksi inşa edilir. Kompleksə, həmçinin, 792 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, ikimərtəbəli inzibati bina (yerli icra strukturları, mənzil-istismar xidməti və s. üçün), həkim məntəqəsi, klub-icma mərkəzi və ATS binası daxildir.