İnternetdə tanış olub görüşdülər:


Dünya 21 İyn 2018 19:07:00 248 0

İnternetdə tanış olub görüşdülər:

ABŞ-da yaşayan Sydney Loofe məşhur tanışlıq saytı olan "Tinder" vasitəsi ilə tanış olduğu Bailey Boswell və sevgilisi Aubrey Trail tərəfindən qətlə yetirilib.

Son.az xarici mediaya istinadən xəbər verir ki, şübhəlilər "seks fantaziyası zamanı öldü" deyərək özlərini müdafiə ediblər.

Qeyd edək ki, gənc qadının cəsədi parçalanmış halda əkin sahəsindən tapılıb. 

Sydney Loofe 23 yaşlı həmcinsi Bailey Boswell ilə tanış olduqdan sonra iki qadın 14 dekabr tarixində görüşüb, sonrakı günlərdə yenidən bir araya gəlməyi planlaşdırıblar. Ancaq 24 yaşlı Sydney Loofe qəfil yoxa çıxıb. Gənc qadın işinə də getməyincə ailəsi narahat qalaraq, vəziyyəti polisə bildirib. Üç həftə boyunca hər yerdə Sydney axtarılıb, nəhayət, bir əkin sahəsi kənarında cəsədi parçalanmış halda aşkar edilib.


Xəbərə aid fotolar