Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunan beynəlxalq karate turniri keçiriləcək


Digərləri 21 İyn 2018 18:48:00 274 0

Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunan beynəlxalq karate turniri keçiriləcək

Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunan Qara Dəniz və Xəzəryanı ölkələr arasında karate üzrə beynəlxalq turnir keçiriləcək.

Bakı. Ölkəmizdə multikulturalizm, tolerantlığın qorunması, gənclərimizdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azad olunması uğrunda şəhid olan qəhrəmanlarımızn təbliği məqsədilə Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunan Qara Dəniz və Xəzəryanı ölkələr arasında karate üzrə beynəlxalq turnir keçiriləcək. Trend-in məlumatına görə, beynəlxalq turnir Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ərəfəsində, 21-23 iyunda "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək. Turnir Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Milli Karate Federasiyası, "Arpaçay" karate klubu, Azərbaycan Dağ Yəhudiləri Dini İcması və Səbail Tank Taborunun birgə təşkilatçılığı ilə baş tutacaq. Beynəlxalq turnirdə 10-a yaxın ölkənin nümayəndəsi iştirak edəcək. Turnirdə 5-13 yaş arasında uşaqlar, 14-18 yaşdan 30 yaşadək gənclər müxtəlif çəki dərəcəsində yarışacaqlar. Yarışın qalibləri Aqarunovun xatirəsinə həsr olunmuş xatirə medalları, kubok və diplomlarla mükafatlandırılacaqlar.