“Çelenc Cup”da iştirak edəcək təmsilçimiz müəyyənləşdi


İdman 21 İyn 2018 18:22:00 254 0

“Çelenc Cup”da iştirak edəcək təmsilçimiz müəyyənləşdi

Ölkəmizi qadın voleybolçular arasında avrokubokda təmsil edəcək komandanın adına aydınlıq gəlib.

Goal.az xəbər verir ki, Azərbaycan ötən il olduğu kimi, bu dəfə də “Çelenc Cup”da bir komanda ilə mübarizə aparacaq.

Qitəmiqyaslı turnirdə Super Liqanın qalibi “Azərreyl” çıxış edəcək. Bu, “dəmiryolçular”ın avrokubokda 18-ci cəhdidi. Bakılılar “Çelenc Cup”da isə 4-cü dəfə oynayacaqlar.

Yarışın püşkatması iyunun 28-də Lüksemburqda olacaq. Turnirə isə noyabrın 11-də start veriləcək.