“Anası ölüm ayağında, məni də diridiri basdırdı...”


Digərləri 21 İyn 2018 18:00:00 296 0

“Anası ölüm ayağında, məni də diridiri basdırdı...”

Son.az lent.az-a istinadən Biləsuvardakı 16 yaşlı qızın intiharından bəhs edən reportajı təqdim edir:

"Qızım nişanlı olmayıb. Ata-babaların qayda-qanunu ilə "aldım-verdim" eləmişik. Əvvəldən də qohum idik. Kirvə olmuşuq. Burada nə var ki?! İki-üç ağbirçək onlar tərəfdən, bir-iki ağsaqqal bizdən... Xoşumuz gəlir, istəyirik gəlinimiz olsun deyiblər. Dedim ki, vaxtı çatanda gəlib gəlininizi apararsınız. Ortada nə üzük olub, nə aşıq çalıb, nə də video olub. Sadəcə, qohumluğumuzu davam etdirmək üçün "hə" demişik. Heç nə, beləcə də qaldı..."

Nəsimi kişi ilə ayaqüstü söhbət etdikdən sonra bir siqaret yandırıb əyləşir, bizə də "oturun" - deyir. Siqaretə bir-iki tüstü vurduqdan sonra Səkinənin - 16 yaşlı qızının intihar etməsinin səbəblərindən bizi agah eləməsi üçün suallarımızı yağdırmaq istəyirik. Üzünün tüklərini sığallayıb, gözünü məchul bir nöqtəyə dikib susur.

Hə, unutmamışdan deyim ki, bu dəfə lent.az-ın əməkdaşı Biləsuvardadır. Bir neçə gündür, bütün ölkə gündəmini zəbt edən Ağalıkənd orta məktəbinin 9-cu sinif şagirdi Səkinə Məmmədovanın dəhşətli intiharı ilə bağlı yayılan şayiələrə, yeniyetmə qızın ölümündən bir neçə dəqiqə əvvəl çəkdiyi son videodakı xəyanət  ittihamlarına aydınlıq gətirmək üçün atasının qapısını döymüşük.

Xəbərə aid fotolar