S&P, Muğanbankın likvidlik göstəricilərinin yaxşılaşması ilə əlaqədar bankın reytinqini "В/В"yə yüksəltmişdir


Digərləri 21 İyn 2018 18:02:08 312 0

S&P, Muğanbankın likvidlik göstəricilərinin yaxşılaşması ilə əlaqədar bankın reytinqini "В/В"yə yüksəltmişdir

S&P Global Ratings beynəlxalq reytinq agentliyi "Muğanbank" ASC-nin uzunmüddətli və qısamüddətli kredit reytinqini "ССС+/С"-dən "В-/В"-yə artırmışdır. 

Proqnoz "Sabit"-dir. 

"Fikrimizcə, 2017-ci ildə Muğanbankın cari və hesablaşma hesablarına korporativ fondlar cəlb etməklə likvidlik göstəricilərini yaxşılaşdırması, həmçinin, pərakəndə portfelinin satışı və amortizasiyasından əlavə likvidlik formalaşdırması bankın reytinq artımını şərtləndirən amildir", - agentliyin məlumatında bildirilir.

31 dekabr 2017-ci il tarixinə olan vəziyyətə bankın geniş likvid aktivləri (istifadə hüququ məhdud olan pul vəsaitləri istisna olmaqla) əvvəlki ilin göstəricisindən (11 milyon manat) 63 milyon manatadək (təqribən $37 mln.) artmışdır və hal-hazırda bankın cəmi müştəri depozitlərinin təxminən 25%-ni əhatə edir.

Bundan əlavə, agentliyin məlumatına əsasən, bankın demək olar ki, bütün fondlaşma və likvidlik əmsalları yaxşılaşmış və hal-hazırda likvidlik göstəriciləri "adekvat" qiymətləndirilən regionun analoji banklarının göstəriciləri ilə müqayisəyə gələndir. 

Muğanbankın Mərkəzi bankdan cəlb olunan fondlardan asıllığı azalaraq, əvvəlki ilin göstəricisi (15%) ilə müqayisədə 5%-dək kiçilmişdir. Bununla bağlı S&P-də hesab edirlər ki,  bank, müştəri depozitlərinin bankdan axını ilə əlaqədar əməliyyat şərtlərinin mümkün pisləşməsinə qarşı əvvəlki ilə nisbətən böyük dərəcədə müqavimət göstərə biləcək. "Bankın likvidlik göstəriciləri ilə bağlı verdiyimiz qiyməti "orta"-dan "adekvat"-a dəyişdik. İndi, bu göstərici, neytral reytinq faktorudur", - agentliyin məlumatında qeyd edilir.