Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?


Digərləri 21 İyn 2018 17:56:00 347 0

Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

Bu gün IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının nəticələri yaxın 3 gün ərzində açıqlancaq.

Son.az xəbər verir ki, bunu Trend-ə Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, imtahanın nəticələri və sualların doğru cavabları DİM-in rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, bu gün Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.