“Bir neçə dəfə əməliyyat olmuşam”


Şou-biznes 21 İyn 2018 17:45:00 337 0

“Bir neçə dəfə əməliyyat olmuşam”

ARB Ulduz-un "Şou məkan" verilişinin qonağı olan müğənni-bəstəkar Nazim Məmmədov maraqlı açıqlamalar verib.

Son.az bildirir ki, ötən ay səhhətində yaranan problem səbəbindən əməliyyat olunan müğənni-bəstəkar Hacı Nazim bu haqda "Şou məkan"a açıqlamasında bir sıra məqamlara aydınlıq gətirdi: 

"Öd kisəmdə daş olub, ancaq bilməmişəm. Təbiblər bunu yaxşı bilər ki, öd kisəsində daş olan adamlar uzun müddət ac qalmalıdırlar. Səhər ağrılar başladı. Nəticədə əməliyyat olundum. Həkim söylədi ki, mən heyranam, əməliyyat qərarını kiməsə deyəndə həftələrlə fikirləşir, sən tez qərar verdin. Mən hazırda əsəblə də bağlı müalicə alıram. 2009-cu ildə iki dəfə səs tellərimdən əməliyyat olunmuşam. İki dəfə də burun əməliyyatı keçirmişəm". 

35 illik yubileyi ilə bağlı hazırlanan "10 Ulduz" adlı remiks albomu haqda danışan Nazim dostu, aranjimançı Fərid İmanın ona olan sürprizi ilə bağlı açıqlama verdi:

"Aranjimançı Fərid İmanın mənə bir sürprizi oldu ki, xəstəxanada olduğum vaxt məni müjdələdi. Fərid mənim bir neçə mahnımın aranjimançısıdır. Biz onunla nəinki mənim, başqa bəstəkarların da mahnıları üzərində işləyirik. Fərid dedi ki, sənin 35 illik yubileyinə belə bir albom hazırlamaq istəyirəm, "10 Ulduz" adlı. Bu isə silsilə olacaq, "10 Ulduz 1", "10 Ulduz 2", "10 Ulduz 3". Çünki bizim oxunmuş mahnılarımız çoxdur. Mənim illər öncə oxunmuş mahnılarıma müraciət edib, onları remiks və ya rimeyk formada təqdim edəcəyik. Fərid İman mahnıları olduğundan fərqli bir formaya salıb həmin ifalara yeni bir nəfəs vermək istəyir. Onlardan biri işıq üzü gördü. Elçin Cəfərovun "Göstər get" mahnısı yeni formada təqdim olundu".

Nazim albomda başqa hansı müğənnilərin olması barədə də danışdı:

"İlk dəfə eksklüziv olaraq, sizə deyim. Xalq artisti Aygün Kazımovanın ifasında mənim "Dönək evimizə" mahnım vardı, onun üzərində işləyəcəyik. Natavan Həbibinin ifasında "Sevəcəyəm" mahnısının rimeyk variantı olacaq. Emil Bədəlovun ifasında "Gərəyimsən" mahnısı, Zamiqlə Sevdanın dueti olacaq. Elton Hüseynəliyevin də "Mənə bax" mahnısı remiks olunacaq. Röyanın isə "Sən və mən" mahnısının üzərində yenidən işləniləcək. İllər keçib deyə mahnılar, ab-hava unudulub. Biz mahnını yeni nəfəsdə təqdim edirik. Məsələn, Elçin Cəfərovun ifasında "Göstər get" "slou" versiyada idi, indi hərəkətlidir".