"Nazəninin həyat yoldaşı məhkəmədə Təranə ilə intim əlaqədən danışıb"


Şou-biznes 21 İyn 2018 17:32:00 276 0

"Nazəninin həyat yoldaşı məhkəmədə Təranə ilə intim əlaqədən danışıb"

Müğənnilər Təranə Qumralla Nazənin arasındakı növbəti məhkəmə prosesi baş tutub.

Son.az axşam.az-a istinadən bildirir ki, prosesdə zərərçəkənlər Nazənin həyat yoldaşı Məhəbbət Həsənov və prodüseri Pərviz Abbasov iştirak ediblər.

Zərəçəkənlərin vəkili "Atler eqo" hüquq şirkətinin baş direktoru Heyrət Qarayev saytımıza açıqlamasında məhkəmə prosesindən danışıb. O bildirib ki, təqsirləndirilən Təranə Qumral da məhkəməyə gəlib:

"Məhkəmədə yenə də hər iki tərəf iştirak edib. Təranə Qumral hakimə açıq-aşkar bildirib ki, məhkəmə qərarını icra etməyəcək. Hakim isə ona bu halda veriləcək ağır cəzadan bəhs edib. Bu halda Təranəni 3 il həbs gözləyir. Başqa bir cəzadan söz belə gedə bilməz.