Azərbaycanla Aİ ölkələri arasında elektron imzaların qarşılıqlı tanınması asanlaşır


Digərləri 21 İyn 2018 17:28:01 292 0

Azərbaycanla Aİ ölkələri arasında elektron imzaların qarşılıqlı tanınması asanlaşır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi Avropa İttifaqının (Aİ) "FutureTrust" layihəsinə assosiativ tərəfdaş seçilib.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Məlumat Hesablama Mərkəzinin "FutureTrust" layihəsinə assosiativ tərəfdaş olmağı Azərbaycanla Aİ ölkələri arasında elektron imzaların qarşılıqlı tanınmasını asanlaşdıracaq.

"FutureTrust" layihəsi əvvəlki tədqiqatlar və genişmiqyaslı pilot layihələr üzrə əldə edilən nəticələr əsasında qurulub. Əsasən təkmil sertifikat, elektron imza və vaxt möhürü ilə əlaqəli olan etimadlı xidmətlər üçün proqram təminatının açıq mənbə kodunu təmin edəcək.

"FutureTrust" layihəsi Aİ-nin maliyyə dəstəyi ilə "Horizon 2020" elmi tədqiqat və innovasiya proqramı çərçivəsində 1 iyun 2016-cı il tarixindən fəaliyyət göstərir. Layihədə iştirak edən 10 ölkənin 16 tərəfdaş təşkilatı Almaniyanın Boxum şəhərinin Rur Universiteti tərəfindən əlaqələndirilir.