Şabranda arvadı küsərək evdən gedən kişi özünü asıb


Sosial 21 İyn 2018 17:06:00 240 0

Şabranda arvadı küsərək evdən gedən kişi özünü asıb

Cinayət işi başlanıb

Şabran rayonunun Güləmli yaşayış massivində üç uşaq atası intihar edib.

"Report"un Şimal bürosu xəbər verir ki, 37 yaşlı Cəmil Balamirzə oğlu Məmmədov yaşadığı evin yardımçı otağında özünü elektrik naqilindən asaraq öldürüb.

Məlumata görə, mərhum Cəmil Məmmədovla həyat yoldaşı arasında mübahisə baş verib. Mübahisədən sonra qadın övladlarından ikisinigötürərəkatası evinə - Quba rayonunagedib. Bundan əsəbiləşən C.Məmmədov intihar edib.

Ailənin üç oğlan övladıvar

İntiharın dəqiq səbəbləri Şabran Rayon Prokurorluğunda araşdırır. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.