Azərbaycan Müəllim İnkişafı Mərkəzi CELTA tədris mərkəzi kimi fəaliyyət göstərəcək


Digərləri 21 İyn 2018 16:51:55 227 0

Azərbaycan Müəllim İnkişafı Mərkəzi CELTA tədris mərkəzi kimi fəaliyyət göstərəcək

Azərbaycan Müəllim İnkişafı Mərkəzinin CELTA tədris mərkəzi kimi fəaliyyət göstərməsinə icazə verilib.

Bakı. Azərbaycan Müəllim İnkişafı Mərkəzinin Cambridge Asessment English (Kembricin İngilis dili üzrə Qiymətləndirməsi) tərəfindən CELTA tədris mərkəzi kimi fəaliyyət göstərməsinə icazə verilib. Mərkəzdən Trend-ə verilən məlumata görə, Kembric Universitetinin bir bölümü olan Cambridge Asessment English (Kembricin İngilis dili üzrə Qiymətləndirməsi) Azərbaycan Müəllim İnkişafı Mərkəzinin (AMİM) Azərbaycanda ilk rəsmi CELTA tədris mərkəzi kimi akkreditə olunduğunu elan edib. AMİM 23 iyul-17 avqust tarixləri arasında keçiriləcək ilk kursda dil müəllimləri və dil müəllimi olmağı istəyən digər şəxsləri Azərbaycanda təhsil almaq imkanı təqdim edəcəkdir. Təlim proqramı beynəlxalq səviyyədə tanınmış təlimçilər Gary Nixon və Cathy Geraghty tərəfindən keçiriləcək. CELTA müəllimlərə yetkin şəxslərə İngilis dili öyrədə bilmək üçün lazımi bacarıq, bilik və təcrübə verir. CELTA Cambridge English-də özünəməxsus statusa malik, dünya miqyasında istənilən və işə götürənlər tərəfindən tələb olunan bir kvalifikasiyadır.