Ağstafada tikinti materialları istehsalı müəssisəsi yaradılır


Digərləri 21 İyn 2018 16:24:55 304 0

Ağstafada tikinti materialları istehsalı müəssisəsi yaradılır

Ağstafada güzəştli kreditlərdən istifadə etməklə tikinti materialları istehsalı müəssisəsi yaradılır

Bakı. Ağstafada güzəştli kreditlərdən istifadə etməklə tikinti materialları istehsalı müəssisəsi yaradılır. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Bu istiqamətdə növbəti işgüzar forum iyunun 21-də Ağstafa rayonunda keçirilib. İşgüzar forum çərçivəsində sahibkarlarla müzakirələr aparılıb, Ağstafa rayonunun iqtisadi potensialına uyğun olaraq, startap layihələrinin maliyyələşdirilməsi, iri taxılçılıq, kartofçuluq, üzümçülük, arıçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələri və metodiki materiallar təqdim olunub. Tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru vəzifəsinin icraçısı Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.