Azad Rəhimov Qarabağ qaziləri və aprel döyüşlərində iştirak etmiş zabitlərlə görüşüb


Digərləri 21 İyn 2018 16:18:38 240 0

Azad Rəhimov Qarabağ qaziləri və aprel döyüşlərində iştirak etmiş zabitlərlə görüşüb

Azad Rəhimov Türkiyədə səfərdə olmuş qazilərdən, aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyətini qəbul edib.

Bakı. Bu gün gənclər və idman naziri Azad Rəhimov Gənclər və İdman Nazirliyinin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə 2018-ci il 15-22 may tarixlərində Türkiyədə səfərdə olmuş qazilərdən, aprel döyüşlərində iştirak etmiş ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyətini qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, A.Rəhimov nazirliyin həyata keçirdiyi layihələrdə vətənpərvərlik mövzusunun xüsusi əhəmiyyət daşıdığını bildirərək Prezident İlham Əliyev tərəfindən imzalanan və müxtəlif illəri əhatə edən “Azərbaycan gəncliyi Dövlət Proqramı”nda da məhz bu sahənin geniş bölmə olduğunu diqqətə çatdırıb. Vətənpərvərlik sahəsində həyata keçirilən tədbirlərdən danışarkən, nazir, “Şahinlər”, “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq”, “Hünər”, “Tarixin canlı səhifələri” və digərləri haqqında söz açaraq, onların hər birinin gənc nəslin sağlam və vətəninə sevgi hissi ilə yetişməsindəki oynadığı önəmli roldan bəhs edib.