Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatdı


Digərləri 21 İyn 2018 15:38:00 282 0

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatdı

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (I-IV ixtisas qrupları üzrə - yay imtahanına) və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, yay qəbul imtahanında iştirak üçün ümumilikdə 58 194 nəfər abituriyent (53 461 nəfər Azərbaycan bölməsi, 4733 nəfər rus bölməsi) qeydiyyatdan keçib.

Elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə yaz imtahanına qeydiyyatı olub yay imtahanına da qeydiyyatdan keçən abituriyentlərin sayı isə 56 538 nəfərdir.

Elektron ərizəsi təsdiqlənməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Ərizələrin qəbulu mayın 17-dən iyunun 20-dək internet vasitəsilə aparılıb.