Göyçayda selin qəzalı vəziyyətə saldığı ev köçürülür (FOTO)


Digərləri 21 İyn 2018 15:31:45 242 0

Göyçayda selin qəzalı vəziyyətə saldığı ev köçürülür (FOTO)

Göyçayda güclü selin uçurduğu körpünün ətrafında yerləşən ev sökülür.

Bakı. Samir Əli - Göyçayda güclü selin uçurduğu körpünün ətrafında yerləşən ev sökülür. Trend-in məlumatına görə, Göyçay çayının yaxınlığında yerləşən həmin ev sel zamanı qəzalı vəziyyətə düşüb. Göyçay çayının səviyyəsinin yüksəlməsi çayın kənarında yerləşən evə təhlükə yaradıb. Nəticədə evdə çatlar əmələ gəlib. Orada yaşayan ailə müvəqqəti olaraq təhlükəsiz əraziyə köçürülüb və qəzalı vəziyyətdə olduğu üçün evin sökülməsinə qərar verilib.