Ermənistanda bir neçə hərbi hissədə külli miqdarda mənimsəmə faktları aşkarlanıb


Dünya 21 İyn 2018 15:29:00 302 0

Ermənistanda bir neçə hərbi hissədə külli miqdarda mənimsəmə faktları aşkarlanıb

Ermənistan Milli Təhlükəsizlik Bürosu bir neçə hərbi hissədə vəzifə səlahiyyətlərindən sui-istifadə nəticəsində külli miqdarda mənimsəmə halları aşkarlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bir neçə hərbi hissənin komandirləri 2017-ci ilin dekabrından 2018-ci ilin iyununadək olan dövrdə yanacaq məhsullarını mənimsəyiblər.

Araşdırma zamanı məlum olub ki, yanacaq-sürtgü materialları xidmətinin rəisi hərbi hissələrin rəhbərliyi ilə razılığa gələrək qanunsuz fəaliyyətlə məşğul olub. Başqa sözlə, tez-tez hərbi hissələrdən yanacaq məhsullarını çıxararaq qonşuluqda fəaliyyət göstərən avtomobil yuma məntəqəsinə satıb. Əldə olunan pul isə hərbi hissələrin və bölmələrin komandirləri arasında bölünüb. Xidmət rəisi və bir avtomobil yuma məntəqəsinin sahibi oğurlanan yanacağın növbəti dəfə satışı zamanı saxlanılıb, külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi açılıb.