Türkiyə XİN başçısı: “Məni bəzən Elmar Məmmədyarovla qarışdırırlar”


Dünya 21 İyn 2018 15:14:48 275 0

Türkiyə XİN başçısı: “Məni bəzən Elmar Məmmədyarovla qarışdırırlar”

“Toplantılarda Azərbaycana aid suallar verirlər”

“Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla xarici görünüşcə oxşar olduğumuzdan bəzən bizi qarışdırırlar”.

“Report” “gazetevatan”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər Mövlud Çavuşoğlu xarici ölkələrdən olan həmkarları ilə münasibətindən danışarkən bildirib.

“Latın Amerikası, Körfəz ölkələrində “brother” (qardaş) dediklərimiz var. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla xarici görünüşcə oxşar olduğumuzdan bəzən bizi qarışdırırlar. Toplantılarda Azərbaycana aid suallar verirlər. Əvvəllcə elə bilirdim ki, türk oldğum üçün bu sualı verirlər. Ancaq sonra da Elmarla qarışdırldığımı bildim. Ona da təyyarədə Türkiyə ilə bağlı suallar verirblər. Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovla çox yaxşı münasibətimiz var. Çinlilər çox rəsmidir. Ancaq Çinin xarici işlər naziri Vang Yi çoxdandır mənə “brother” (qardaş) deyir” - deyə, nazir vurğulayıb.