Dünya çempionatında ən çox auditoriya bu oyunu izləyib


İdman 21 İyn 2018 15:15:00 451 0

Dünya çempionatında ən çox auditoriya bu oyunu izləyib

Yaponiyanın 2018-ci il dünya çempionatında Kolumbiyaya qarşı ilk matçı izlənmə sayına görə rekord vurub. Goal.az xəbər verir ki, "samuraylar"ın oyunu 36.2 milyon tamaşaçının diqqətini çəkib. NHK telekompaniyasının məlumatına görə, Kolumbiya - Yaponiya matçı hələlik mundialın ən çox izlənilən oyunudur. Qeyd edək ki, Yaponiya əhalisinin 63.79 faizi bu oyuna baxıb.