Mogerini: "Avropa İttifaqı Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir"


Siyasət 21 İyn 2018 14:52:31 262 0

Mogerini: "Avropa İttifaqı Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir"

Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir.

Son.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Avropa ittifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini Brüsseldə Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyanla keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini müzakirə ediblər: "Bütün qətiyyətimizlə prosesləri töhfə verməyə davam edəcəyik".