"Sən həyatda olmayanda mən səhnədəydim..."


Şou-biznes 21 İyn 2018 14:48:00 304 0

"Sən həyatda olmayanda mən səhnədəydim..."

ARB Ulduz-un "Virtual həyat" verilişinin qonağı olan müğənni Səyyad Əlizadə maraqlı açıqlamalar verib.

Son.az bildirir ki, artıq iki albomunun yaxın zamanlarda işıq üzü görəcəyini söyləyən müğənni Səyyad Əlizadə vətənpərvər mövzuda mahnılar ifa etməyi sevdiyini dilə gətirdi:

"İki albomumuz artıq işıq üzü görmək ərəfəsindədir. Bir həftədən sonra, yəqin ki, təqdim edərik. Biri "Sən xoşuma gəlirsən" adlanır. İkincisi "Azərbaycan Türkiyə" adlanır. Mən həmişə yaradıcılığımda vətənpərvər mövzulara üstünlük verirəm. Hazırda böyük bir layihəmiz də var: "Anam Azərbaycan" adlanır. Marşımızın sözləri Telli Pənahqızına, musiqisi isə mənə aiddir".

Təmənnasız insan olduğunu söyləyən müğənni iki gündür sənətə gəlib sinəsinə döyənləri görüb təəssüf hissi keçirdiyini də etiraf etdi:

"Mən təmənnasız insanam. Dostluqda da, yoldaşlıqda da, sənətdə də. 40 ildir ki, bu sənətdə xidmət edirəm. Təbii ki təmənnasız xidmətdən söhbət gedir. 3-4 il sənətdə olub mükafat alan biri sabah gəlib konsertə çıxanda deyir, mən filankəsəm ey. O, adama təsir edir. Sən həyatda olmayanda mən səhnədəydim".


Xəbərə aid foto