İranlı nazir Azərbaycana gələcək


Kriminal 21 İyn 2018 14:30:00 256 0

İranlı nazir Azərbaycana gələcək

Azərbaycanda İran Mədəniyyət Günləri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Son.az-a verilən məlumata görə, "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2018-2021-ci illər üçün Mədəni Mübadilə Proqramı"na əsasən 27 iyun - 1 iyul 2018-ci il tarixində Azərbaycanda İran İslam Respublikasının Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılıb.

Tədbir çərçivəsində İran İslam incəsənət ustalarının iştirakı ilə konsertlərin, sərgilərin keçirilməsi, film və teatr tamaşalarının nümayişi nəzərdə tutulub. İran Mədəniyyət Günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, incəsənət ustalarının və insanların bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurulmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, təcrübə mübadiləsinin genişlənməsinə xidmət edəcək.