Şehiç karyerası ilə bağlı qərarını dəyişdi


İdman 21 İyn 2018 14:33:00 371 0

Şehiç karyerası ilə bağlı qərarını dəyişdi

Ötən mövsüm yekunlaşan kimi Qarabağ”-a yollarını ayıran İbrahim Şehiç hansı klubda oynayacağı ilə bağlı qərarını dəyişib. Goal.az xəbər verir ki, bosniyalı qolkiper öncədən anlaşdığı Erzurumspor-a keçməyəcək. O, Superliqaya vəsiqə qazanan digər komanda Çaykur Rizespor-la anlaşıb. Ərzurum təmsilçisinə “hə” deyib, sonradan daha yaxşı təklif göndərən rizəlilərlə ortaq məxrəcə gələn Şehiçin keçidi yaxın günlərdə rəsmiləşəcək. Onun yolunu gözləyən Çaykur Rizespor Partizan-ın hücumçusu Zoran Toşiçi də heyətinə qatmağa çalışır.

İbrahim Şehiç 2013-2018-ci illərdə Qarabağ-ın formasını geyinib. O, ölkəmizə gəlməzdən əvvəl 2 il (2011-2013) Türkiyədə Mersin İdman Yurdu-nun uğurları üçün çalışıb.