“Bakı Sığorta”ya sədr təyin edilib


İqtisadiyyat 21 İyn 2018 14:13:33 349 0

“Bakı Sığorta”ya sədr təyin edilib

Bu, şirkətin sədr müavini Ramin Məmmədovdur

“Bakı Sığorta” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

“Report” xəbər verir ki, bu vəzifə şirkətin İH-nin sədr müavini Ramin Məmmədova həvalə edilib.

Xatırladaq ki, o, 2016-cı ilin aprel ayındansədrin vəzifə səlahiyyətlərini icra edib və yeni vəzifəsində Ramil Ağayevi əvəz edib.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8 925 440 manatdır. Şirkətin səhmlərinin 57,9785%-i “Bank Respublika”ya, hər biri 9,375% olmaqla "Diamond Motors", "Subaru Azerbaijan" və "Yeni Motor" MMC-lərə, 6,9653%-i Murad Arif oğlu Rəhimova, 6,9312%-i Behbud Çingiz oğlu Nəcəfova məxsusdur.